Sülhməramlılar Azərbaycanın maraqları üçün çıxır - Musa Qasımlı

"Bizim yolumuz islahatlar, təkamül yoludur. Bu yolda bütövlüyün rəmzi Cənab Prezident İlham Əliyevdir". Olaylar xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib: "Bu gün ölkə ərazisində başqa ölkənin hərbçiləri yoxdur. Bu dövlət başçısının qonşularla ən düzgün münasibət qurmasının təzahürüdür. Bunun səbəbini başqa yerdə axtaranlar 10 noyabr sənədini oxusunlar. Görsünlər ki, sülhməramlıları ölkəyə kim və hansı ölkənin maraqlarını dəvət etmişdi? Azərbaycanın maraqları üçün dəvət etmişdi və Azərbaycanın maraqları üçün də çıxırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31