İranla müharibə İsrail üçün müsbət perspektiv vəd etmir- ÖZƏL

"İsrail İran ərazisində bir neçə strateji obyektlərinə cavab zərbəsi endirib. İsrail Baş naziri B. Netanyahu öz hakimiyyətini qorumaq və həbsdən qurtulmaq üçün Yaxın Şərqdə münaqişəni tətikləyir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İsrailin bu zərbələrinə qarşı İran da hərəkətə keçəcək. İsrail baş naziri daxildə özünə qarşı narazılıgı və uğursuz Qəzza əməliyyatını sığortalamaq üçün İranla müharibəyə girməyə çalışır. Bununla da ABŞ və Avropanın bir neçə ölkəsini İrana qarşı müharibəyə təhrik edir. İsrail -İran müharibəsini tətikləyən baş nazir B. Netanyahudur. Birbaşa İranla müharibə İsrail üçün müsbət perspektiv vəd etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31