Fransa assimilyasiya siyasəti aparır - Tarixçi
18 Aprel 2024 17:41 SiyasətFransa assimilyasiya siyasəti aparır. Bu, balığı suda boğmaq kimi bir şeydir. Buna imkan verməyəcəyik.
Olaylar.az xəbər verir ki, bunu Yeni Kaledoniyanın Senat katibliyinin əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi Milli Məclisdə keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, müstəmləkə altında milli mənsubyyətimizi qoruyub saxlamaq çox çətindir.
"Fransa əlbəttə bunu istəmir. Bizim əsas məqsədimiz mədəniyyətimizi qoruyub saxlamaq üçün uşaq və gənclərin tədrisini diqqətdə saxlayırıq", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31