Bu o deməkdir ki, liderlər səviyyəsində bir-birinə etimad var- ÖZƏL
18 Aprel 2024 17:01 Siyasət"Sülhməramlıların Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bağlı hər iki ölkənin ali rəhbərliyi tərəfindən verilən qərar əslində düşünürəm ki, ikili münasibətlərin inkişaf etməsindən xəbər verir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya arasında 2022-ci ilin 22 fevralında qarşılıqlı müttəfiqlik əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bu o deməkdir ki, tərəflər bir-birinə qarşı münasibətdə müttəfiqlik mövqeyini nümayiş etdirirlər. Təbii ki, rus sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinə gətirilməsində əsas səbəblərdən biri, İkinci Qarabağ savaşının bitməsi ilə orada münasibətlərin nizama salınması, orada erməni əsilli Azərbaycan vətəndaşlarının yaşamasının, azərbaycanlıların yaşamasının təmin edilməsi idi və 19 sentyabr 2023-cü ildə keçirilən lokal tipli antiterror tədbirlərindən sonra, erməni əsilli Azərbaycan vətəndaşlarının həmin bölgəni tərk edərək Ermənistana getməsindən sonra, məncə burda artıq elə bir ehtiyac qalmamışdı və mən düşünürəm ki, həm də Rusiya tərəfinin, Azərbaycan rəhbərliyinin, hər iki ölkənin rəhbərliyi arasında bu düzgün qərarın qəbul edilməsi nəticəsində artıq bu gün bu proses həyata keçirilir. Mən düşünürəm ki, bu həm də etibarlı tərəfdaşlıqdan, müttəfiqlikdən xəbər verir. Yəni təbii ki, biz bilirik ki, cəmiyyətdə, cəmiyyətin bəzi üzvlərində bəzi şəxslər tərəfindən, güclər tərəfindən əsaslı şəkildə fikirlər səsləndirilirdi ki, həmin sülhməramlılar çıxmayacaqdır və Rusiya girdiyi yerdən çıxmayacaqsa, Azərbaycan dövlətinin onu çıxarmaq imkanı yoxdur və s. bu cür ifadələr işlədilirdi. Amma bu gün biz görürük ki, artıq həmin sülhməramlılar bölgəni tərk edir. Bu o deməkdir ki, deməli, liderlər səviyyəsində bir-birinə etimad var, dövlətlər səviyyəsində də bir-birinə etimad var və Rusiya sülhməramlıları artıq orada fəaliyyətlərini tamamladıqları üçün artıq ali rəhbərlər səviyyəsində verilən qərar ondan ibarət oldu ki, bölgəni tərk etsinlər və hesab edirəm ki, bu, kifayət qədər önəmli məsələdir. Bu, həm də tərəflər arasında normal münasibətlərin qurulması istiqamətində ciddi bir addım kimi dəyərləndirilə bilər.
Mən düşünürəm ki, Rusiya bizim üçün strateji tərəfdaşdır, qonşudur və onunla münasibətlərin sağlam tutulması bizim əsas xarici siyasi istiqamətlərindən biri olmalıdır. Çünki qonşu dövlətdir, region dövlətidir və bunun hər biri təbii ki, bizim xarici siyasətimizə təsir edən amillər kimi dəyərləndirilə bilər".