Azərbaycan insan hüquqları və azadlıqları sahəsində üzərinə düşənləri edir

İstiqamət: insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik  və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti  düşündürən problemlərdən olub. Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Buna paralel olaraq həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.

Politoloq Samir Hümbətovun sözlərinə görə, Azərbaycan dövləti hökumət olaraq insan hüquqları və azadlıqları sahəsində üzərinə düşənləri edir:

"İnsan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində istər vətəndaş hüquqları olsun, istər siyasi mədəniyyətin səviyyəsinin yüksəldilməsi olsun, istər sosial və siyasi fəallığın artırılması olsun, bu istiqamətlərdə Azərbaycan dövlətinin bir sıra mütəmadi proqramları həyata keçirilir və nəzərə almaq lazımdır ki, elə siyasi fəallığın artırılması istiqamətində partiyaların qeydiyyata alınması, eyni zamanda, partiya sıralarına qoşulanların sayının artırılması və s. bu sahədə siyasi debatların artırılması, televiziyada, media sahəsində siyasi müzakirələrin genişlənməsi, əslində, siyasi fəallığın artırılmasına bir nümunə olaraq qeyd edilə bilər. Digər tərəfdən insan hüquqları və azadlıqları sahəsində həm Azərbaycan dövləti hökumət olaraq üzərinə düşənləri edir, həm də Qeyri Hökumət Təşkilatları vasitəsilə bu prosesi həyata keçirir və nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti həm də, bir sıra beynəlxalq təşkilatlarda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra konvensiyalara qoşulub və bir sıra layihələrin iştirakçısdır, dövlət olaraq da, əksəriyyət olaraq da və eyni zamanda, məhbusların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülür və bunlar əslində bir növ onu göstərir ki, Azərbaycan dövləti tərəfindən bu sahədə addımlar atılır. Dövlətin gördüyü işlərin əksəriyyəti savadlı şəkildə ilin sonunda mütəmadi olaraq cəmiyyətə çatdırılır və bu da o deməkdir ki, deməli, dövlətin qarşısına qoyduğu öhdəlik, vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsi, normal vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların, yəni vətəndaşların bir-birinə münasibətinin normal qurulması, siyasi cəhətdən, hüquqi cəhətdən, maarifləndirmənin peşəkar şəkildə aparılması və s. bunların hər biri dövlətin üzərinə düşən öhdəliyidir, bunu yerinə yetirməyə çalışır və yerinə yetirir.
Eyni zamanda, düşünürəm ki, bunların hər biri əslində hər bir dövlət tərəfindən həyata keçirilən olan hallardır. Təbii ki, dövlətin məhkəmə sistemində belə deyək ki, islahatlar aparılır. Bunlar da təbii ki, hüquqi baxımdan insanların, yəni vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən tədbirlər sırasında qeyd oluna bilər. Düşünürəm ki, buna bağlı kifayət qədər materiallar var, danışmalı olacaq fikirlər var və bunların hər biri əslində Azərbaycan dövlətinin, həmçinin vətəndaş hüquqlarının qorunması sahəsində, istərsə də siyasi mədəniyyətin yüksəldilməsi, sosial və siyasi, belə deyək, fəallığın artırılması sahəsində işlərin sürətlənməsinə təkan verir. Artıq  Azərbaycanda minlərlə   Qeyri Hökumət Təşkilatları fəaliyyət göstərir və onlar əslində bir növ dövlətin yardımçı funksiyalarını yerinə yetirilir və mən düşünürəm ki, sosial sahə üzrə də bir sıra layihələr həyata keçirir və bu layihələr əslində vətəndaş və dövlət arasında münasibətlərin düzgün qurulmasına yardım göstərir". 

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31