Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərir - Bakı Təşəbbüs Qrupunun icraçı direktoru

Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra mühüm təşəbbüslər irəli sürülüb və onlardan biri də neokolonializmlə mübarizədir. Məqsəd müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və qüvvələrin vahid platforma ətrafında birləşdirilməsidir.

Olaylar.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfransda deyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu yarandığı yeddi ay ərzində yeddi mühüm beynəlxalq konfrans təşkil edib.
"Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərir. Bakı Təşəbbüs Qrupu bundan sonra da neokolonializmdən əziyyət çəkən xalqlara və ölkələrə dəstəyini əsirgəməyəcək", - deyə Abbas Abbasov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31