Bu, İlham Əliyevin növbəti siyasi qələbəsi kimi qiymətləndirilməlidir!-Sahil Kərimli- ÖZƏL

"Rusiya sülhməramlılarının kontingentinin Azərbaycan ərazisində fəaliyyət göstərməsi 10 noyabr bəyannaməsinə uyğun həyata keçirilirdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Bəyannamədə bu fəaliyyət 5 il müddətində nəzərdə tutulurdu. Əlbəttə ki, Azərbaycan dövləti öz qətiyyətini, hərbi gücünü ortaya qoydu və öz ərazi bütövlüyünü tam təmin etdi. Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirildi. Bundan sonra sülhməramlıların fəaliyyətinə heç bir ehtiyac qalmadı. Eyni zamanda biz burda Azərbaycan dövlətinin, xüsusilə Prezindent İlham Əliyevin düşünülmüş və uzaqgörən, qətiyyətli siyasətini vurğulamayılıq. Bəli, sülhməramlıların Azərbaycanda qalma müddəti 5 il nəzərdə tutulsa da, bu, tez bir müddətdə başa çatdı. Hər iki ölkənin-Rusiya və Azərbaycanın ali rəhbərlərinin verdiyi qərara əsasən sülhməramlılar artıq ərazilərimizdən çıxarılır. Xüsusilə vurğulamaq lazımdır ki, bu, Azərbaycanın milli maraqlara, dövlətçilik maraqlarına söykənən siyasəti idi. Bu, Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin növbəti siyasi qələbəsi kimi qiymətləndirilməlidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31