Azərbaycana müstəqillik uğrunda mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik - Yeni kaledoniyalı komitə sədri
18 Aprel 2024 15:49 SiyasətAzərbaycana müstəmləkəçilik ilə və müstəqillik uğrunda mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik.
Olaylar-ın məlumatına görə, bunu Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri xanım Naisseline Omayran deyib.
O bildirib ki, Kaledoniyada keçirilən referendumun nəticələri saxtalaşdırılıb.
"Biz Kaledoniyada keçirilən referenduma yenidən baxılmasını tələb etmişik. Bu referendum xalqın hüquqlarını oğurlayır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31