Sülhməramlı missiyası bitmiş sayılır və buna görə vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməkdədirlər - ÖZƏL

"İki ölkənin ali rəhbərliyinin qərarı ilə sülhməramlıların vaxtından əvvəl çıxarılmasına dair qərarın verilməsi, hər iki ölkənin ali rəhbərliyinin çox müsbət qərardır və hadisələri izləyirik ki, həm bu qərarın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən, elə Rusiya ictimaiyyətinin özü tərəfindən də təqdir olunur".

Bu sözləri Olaylar.az-a açqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.

"Rusiya qoşunlarının, sülhməramlılarının Azərbaycan ərazisində qalması üçün artıq heç bir əsas yoxdur. Onlar deyək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı gərgin durum var idi, daha sonra Xankəndidə müəyyən separatizm qalıqları qalmışdı, yəni yenə də münaqişə alovlana bilərdi və s. məsələləri Azərbaycan rəhbərliyi məsləhət bilmişdi və Rusiya rəhbərliyi də bu məsələlərlə razılaşdırılmışdı. Beş illik bir müddət var idi və artıq Qarabağda separatizm tam olaraq bitdiyinə görə, münaqişə tarix olduğuna görə və Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmağa doğru getdiyinə görə, sülhməramlı missiyası bitmiş sayılır və buna görə də onlar vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməkdədirlər. Sentyabr ayına qədər tam olaraq Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi yekunlaşacaqdır.

Azərbaycanla Rusiya normal qonşuluq, mütəfiqlik münasibətlərindədir. Hesab edirəm ki, doğru bir siyasətdir, hər bir dövlətin öz qonşusu ilə münasibətlərinin normal olması, təqdir oluna biləcək bir siyasətdir. Özü də bizim Rusiya ilə böyük bir quru sərhədimiz var. Rusiya il sıx ticari, iqtisadi, siyasi, mədəni və s. istiqamətlərdə münasibətlərimiz mövcuddur. Rusiya Cənubi Qafqazda mövcudluğunun 200 ildən çox yaşı var və dünyanın böyük dövlətlərindən biri və BMT Təhlükəsizlik Şurasının beş üzvündən biridir və təbii ki, bizim də Rusiya münasibətlərimizin normal olması vacibdir və biz də bu siyasəti uğurla davam etdiririk.
İndi Qərb Rusiya ilə gərgin münasibətlərdədirmi, bu, Qərbin öz işidir, hər bir dövlətin öz maraqları var. Bizim maraqlarımız Rusiya ilə münasibətləri normal saxlamaq üzərindədir və Rusiya eyni zamanda, Azərbaycanın bir sıra təşəbbüslərinə də dəstək verir ki, onlardan biri Cənubi Qafqazda "3+3", üç Qafqaz ölkəsi və onun qonşusunun iştirakı ilə Cənubi Qafqazda problemin həlli, gələcəkdə bir Qafqaz evinin qurulması ki, Qafqazdakı bütün xalqların evidir və Rusiya da bu prosesdə aktiv rol alır, təqdir olunan bir məsələdir, təqdir edirik. Sülhməramlıların gedişi də bütün bu normal, sivil, qonşuluq, müttəfiqlik münasibətlərinin məntiqi nəticəsidir. Azərbaycandan Rusiyaya təhlükə yoxdur. Azərbaycandan İrana da təhlükə yoxdur, ola da bilməz. Biz bəzi Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, öz ölkəmizin ərazisindən heç bir dövlətin başqa bir dövlətə qarşı istifadəsi üçün şərait yaratmırıq. Rusiya da bunu gözəl anlayır, bilir və bu şəkildə də münasibətlər tənzimlənir. Ona görə də, bu məsələləri çox təqdir edirik. Azərbaycan problemini həll etdi, separatizm ocağını tamamilə söndürdü, rus sülhməramlıları da ərazimizdən çıxır. Digər səkkiz kəndimizin işğaldan azad olunması da an məsələsidir. Zəngəzur dəhlizinin açılması və qərbi azərbaycanlılarının öz doğma torpaqlarına qayıtması, bax artıq bizim məsələlərimiz bunlardır və addım-addım bunları həll etməyə doğru irəliləyirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31