Azərbaycanın verdiyi şansları Fransa lazımi qədər dəyərləndirə bilmədi - ÖZƏL

"Fransa öz səfirini Azərbaycandan aparmaqla ölkəmizə qarşı bəd və düşmən niyyətində olduğunu bir daha nümayiş etdirdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Çünki ötən, xüsusilə də Vətən müharibəsindən sonrakı üç il müddətində biz  Fransanın fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə barışmaz bir münasibət görmüşük. Fransa kin-küdurətini gizlədə bilmədi. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən hər addım başı qıcıqlandı və bu gün ən müxtəlif formalarda göstərdi. Həm Vətən müharibəsi dövründə BMT Təhükəsizlik Şurasının Azərbaycanla bağlı ittihamçı qətnamə təqdim edəndə, həm də ondan sonrakı dövrlərdə bəzi beynəlxalq platformalarda Azərbaycanın əleyhinə Fransanın gedişlər etmək cəhdləri uğuruzluğa düçar oldu.

Azərbaycan həmişə Fransa ilə münasibətlərin yüksək səviyyədə saxlanması yanaşmasını nümayiş etdirib. Əgər belə olmasaydı, Azərbaycan indiyə qədər bizim ölkəmizdəki müxtəlif investisiya layihələrində Fransanın iştirakı ilə bağlı müəyyən qərarlar vermiş olardı. Hələ də Azərbaycan iqisadiyyatında Fransanın payı var, Fransanın Azərbaycan investisiya bazarında payı var, amma Azərbaycan indiyə qədər özünü göstərir və Fransanın hardasa bölgəmizdə sülhün, təhlükəsizlik maraqlarına xidmət çərçivəsində həqiqətən bitərəf siyasət aparacağına və ermənipərəst mövqeyindən əl çəkəcəyinə inanmışıq və bu bizim təkcə inamımız yox, eyni zamanda Fransaya verilən şansımız idi. Təəssüf ki, Azərbaycanın müharibədən sonra Fransaya verdiyi şansları Fransa hökuməti lazımi qədər dəyərləndirə bilmədi və bu şanslardan sui-istifadə edərək, Azərbaycana qarşı düşmənçilik etmək üçün yeni üsullara çevirdi. Ona görə də Azərbaycan-Fransa münasibətlərinin bu günü göz qabağındadır və bu cür davam edəcəyi təqdirdə onun gələcəyi haqqında təəssüf ki, xoş söz söyləmək mümkünsüzdür. 
Fransa bölgəyə sülh  yox, əlavə gərginlik gətirməyə çalışır. Fransa Ermənistanı bu bölgədə sülhü imzalamayan, gərginlik və təhlükə mənbəyi olan bir ölkəyə çevirmək istəyir. Ermənistanın silahlandırılmasının arxasında dayanan əsas ölkə də Fransadır. Fransa özünün bu imkanlarını müxtəlif beynəlxalq təşkilatlarda təəssüf ki, Ermənistanın xeyrinə işlədir. Ona görə də münasibətlərdə bundan sonrakı daha ağır və dərin kəskinləşmələrin bütün məsuliyyəti yenə də Fransanın üstündədir. Necə ki, münasibətləri indiki gərginliyə gətirib çıxaran tərəf də Fransa idi, bundan sonra da bu münasibətlər normal məcraya qayıtmayacaqsa, bunun da məsuliyyəti yenə də Fransanın üzərindədir. Çünki Fransa bu bölgəyə sülh gətirmək üçün yox, buranı təhlükəli geosiyasi qarşıdurma meydanına çevirmək istəyir. Bunun  da əsas icraçısı və aləti rolunda Ermənistan seçilib". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31