Zəfər tariximizdə yeni tarix-17 aprel 2024-cü il! - Elşad Həsənov- ÖZƏL

"17 aprel 2024-cü il tarixi də Azərbaycan tarixinə 10 noyabr 2020-cı il, 20 sentyabr 2023-cü il kimi Zəfər tarixinin davamı olaraq yazıldı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:

"Rus sülhməramlılarının Azərbaycandan çıxarılmasına 1 il yarım qalmış bu məsələ Ali Rəhbərlik tərəfindən həll olundu. Onlan 17 apreldən çıxmağa başladılar. Bu, çox böyük tarixi əhəmiyyəti olan məsələdir. Bu sahədə daxildəki çoxlu antimilli ünsürlər və onların xaricdəki əlaltıları Azərbaycanı qaralıyırdılar və ağızlarına gələnləri bildirirdilər. Guya Azərbaycan həmin qoşunları gətirib ki, indiki hakimiyyət öz hakimiyyətinin müddətini uzatsın və Qarabağı da ruslara verib. İndi isə onlar kor gözləri ilə görürlər ki, doğurdan da Azərbaycanın apardığı siyasət çox düzgündür, millidir, xalqın milli maraqlarına hesablanıb. Hələ müqavilənin bitməyinə il yarım müddət var idi. Keçən il sentyabrın sonlarında birgünlük antiterror əməliyyatlarından sonra Türkiyə Prezidenti Cənab Rəcəp Tayyib Ərdoğan çıxışında bildirdi ki, 2025-ci ildə müqavilə müddəti bitəndən sonra rus sülhməramlıları ordan çıxarılacaq. O zaman da Ərdoğanın bu çıxışına həmin ünsurlər fikirlərini bildirdilər ki, yox, bu rus qoşunları burdan çıxmayacaq və rus qoşunları daima Qarabağda qalacaq. Bu, onların doğurdan da siyasi dünya görüşünün lazımı səviyyədə olmadığını, analiz qabiliyyətlərinin olmadığı və Azərbaycan Respublikasının rəhbərliyinin dünya görüşünün, diplomatik siyasi qabiliyyətini lazımınca qiymətləndirə bilməmələrini göstərdi. Bunun nəticəsində Azərbaycan diplomatiyası qələbə çaldı və artıq rus qoşunlarının Azərbaycandan çıxarılması prosesi başlayıb. Bu, doğurdan böyük bir hadisədir. Bu qərardan sonra ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin belə bir anlaşılmaz çıxışı oldu ki, Rusiya qoşunları etibarlı tərəfdaş deyil. Və onlar müqavilə əsasında orda olmamışlar. Bilmirəm onun savadı çatmır ya nədir, məhz həmin Rusiya qoşunlarının ora gəlməsi Azərbaycanın və Ermənistanın razılığı ilə olub. Azərbaycan artıq Xankəndinə girən zaman Ermənistan rəhbərliyi Rusiya prezidentinin ayağına düşərək yalvardı ki, bizi xilas edin, türklər bizi qırır. Sözün həqiqi mənasında da demək olar ki, o zaman Rusiya rəhbərliyinin təkidi, xahişi, minnəti nəticəsində biz müharibəni dayandırdıq. Yoxsa, qısa müddətdə Xankəndini də boşaldılacaqdı, ordakı erməni silahlı qüvvələri də məhv ediləcəkdi. Lazım gələrsə, digər torpaqlarımızı, Zəngəzuru da azad edərdik. Ancaq biz, beynəlxalq hüququ, Rusiyanın xahişini nəzərə alaraq üçtərəfli bəyannaməni imzaladıq və həmin bəyannamə nəticəsində də Rusiya sülhməramlıları gəldilər. Təbii ki, onların müəyyən işləri oldu. Hətta onlar Xankəndində "rus icması" yaratdılar. Orda Rusiyanın bəzi adamlarının, o cümlədən Andrey Saxarovun heykəlinin açılışını etdilər. Müəyyən tikinti işləri apardılar. Yəni sülhməramlılar təkcə konfliktin yatırılmasıyla bağlı işlər görmədilər, tikinti işləri apardılar və ondan istifadə etdilər. Ancaq sonrakı dövrdə, yəni 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatından sonra Azərbaycan öz ordusunun hesabına Qarabağdakı qeyri-qanuni silahlı dəstələri təslim etdi. Və xüsusi qeyd etmək lazımdır ki, bir nəfər də olsa mülki vətəndaşın burnu qanamadı, əmlaklarına ziyan dəymədi. Həmin dəstələr ordan çıxarıldı, silah-sursatları əllərindən alındı. Bu silah-sursatlar da rus qoşunların əli ilə onlardan təhvil alındı. Sentyabrdan sonra, xüsusilə də ermənilər Qarabağdan köç edəndən sonra onların qalmasına bir lüzum qalmadı. Bu müddətdə də müəyyən danışıqlar getdi. Nəhayət ki, Azərbaycan rəhbərliyinin düzgün, milli, dövlət maraqlarına xidmət edən siyasəti nəticəsində Rusiya prezidenti ilə razılığa gələrək rus sülhməramlılarının Azərbaycandan çıxarılmasına nail olduq. Bir daha qeyd edirəm ki, 10 noyabr 2020-ci il, 20 sentyabr 2023-cü il və 17 aprel 2024-cü illər tarixi qələbələrimizin ard-arda gələn günləridir. Bu günləri biz bayram kimi qeyd etməyilik. Və doğurdan da bu, xalqımızın türk qardaşlarımızla birlikdə əldə etdiyi böyük nailiyyətlərdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31