Ermənistan-Azərbaycan sərhədinə kənar qüvvələrin gətirilməsi problemli haldır - Sahibə Qafarova
17 Fevral 2023 12:05 Siyasət"Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyası yerləşdirməsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə maneə yarada bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova bildirib: "Avropadan Ermənistanın Azərbaycanla sərhədinə müşahidə missiyası adı ilə kənar qüvvələrin gətirilməsi problemli haldır. Həmçinin normallaşma prosesinə də maneə yaradır. Mən bununla bağlı Rusiyaya səfərim zamanı bir daha vurğuladım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31