İranın dindən və islamdan danışmağa haqqı yoxdur - Deputat

"İranın ölkəmizə qarşı təxribatları davam edir. Özünü dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən fars, molla rejiminin dedikləri əməlləri ilə üst-üstə düşmür". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov bildirib. Deputat deyib ki, İran Azərbaycanda xain qruplar yaratmaqla sabitliyi pozmağa çalışır: "Bu gün Azərbaycanda saxlanılan xain qruplarla bu sübuta yetirilib. İranın addımları göstərir ki, şiələrin yaşadığı ölkələrdə təsir güclərini artırmağa çalışırlar. Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə ərazilərimiz dağıdılıb, məhv edilib. İranın bu dağıdılma və talanetmə prosesində iştirakı məlumdur".

Deputat qeyd edib ki, İran rejimi Qarabağda məscidlərimizin dağıdılmasına, bu məscidlərdə donuz saxlanılmasına göz yumub: "İran öz din və məzhəb qardaşının yanında deyil, düşmənin yanında yer alıb. İran rəhbərliyi ölkəyə səfər edən, əli müsəlmanların qanına batmış erməni liderləri ilə görüşüb öpüşməkdən belə çəkinməyib. Bütün bunlar göstərir ki, İranın dindən və islamdan danışmağa haqqı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31