Paşinyan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib
7 Sentyabr 2022 12:50 Siyasət"Ermənistan Rusiyanın vasitəçiliyi ilə Türkiyə ilə münasibətlərin normallaşacağına ümid edir".
Olaylar.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
"Biz artıq Türkiyə ilə danışıqlara başlamışıq. Biz Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik", - deyə, Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
Qeyd edək ki, iyulun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərin normallaşması üçün Ermənistandan konkret addımlar gözlədiyini bəyan edib. O, Türkiyə tərəfinin bu məsələdə ciddi və qətiyyətli olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31