“Biz Ukraynada heç nə itirməmişik” - Putin
7 Sentyabr 2022 12:16 Siyasət"Ukraynada hərbi əməliyyatların başlaması ilə Rusiya heç nə itirməyib".
Bunu Rusiya prezidenti Vladimir Putin 7-ci Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
"Əminəm ki, Ukraynada əməliyyatın başlaması ilə biz heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazanc suverenliyimizin möhkəmlənməsidir və bu, hazırda baş verənlərin qaçılmaz nəticəsidir", - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, həm dünyada, həm də ölkə daxilində əməliyyatla bağlı "müəyyən qütbləşmə" var.
"Amma mən inanıram ki, bu, yalnız fayda verəcək, çünki lazımsız, müvəqqəti olan, irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz təkan, inkişaf tempi qazanacağıq. Çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər", - Putin deyib.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31