"Ruben Vardanyanın Qarabağa köçməsi təxribat xarakteri daşıyır"
6 Sentyabr 2022 18:15 Siyasət"Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçməsi təxribat xarakteri daşıyır".
Bu sözləri Olaylar.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfael Becanov deyib.
"Bu adamın adı daim narkotiklərin qanunsuz satışından, silah alverinə qədər bir çox qanunsuz əməllərdə hallanıb. "Çirkli pul"ların yuyulmasının aktiv iştirkaçılarından biridir. İlk baxışda bunu cinayət əməllərini kölgəyə çəkmək cəhdi kimi qiymətləndirmək olar. Çünki bir sıra məlumatlarda onun Rusiyadan gizli şəkildə 9 milyard dollar çıxarması qabardılır. İlk görüntü budur ki, Vardanyan özünü sığortalamq üçün Qarabağa köçür, ermənilərin gözündə özünü qəhrəman kimi göstərir və törətdiyi cinayət əməllərinə görə ehtimal olunan cəzadan yayınır. Amma nəzərə almaq lazımdır ki, indi hər hansı erməninin, istər milyarder olsun, istər sıravi bir erməni Qarabağa köçməsi, orada məskunlaşması risklidir. Çünki 44 günlük müharibədən sonar vəziyyət dəyişib. Azərbaycan Qarabağda hakimi-mütləqdir. Nə deyirsə, olur. Laçın dəhlizi ilə bağlı məsələ bunu bird aha sübut etdi. Hazırda Xankəndi və digər ərzilərimiz Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi ərazi sayılaraq tam nəzarətimizdə olmasa da, yaxın gələcəkdə vəziyyət kökündən dəyişəcək. Bunu tam əminliklə demək olar.
Belə olan halda təbii bir sual yaranır ki, Vardanyan nədən özünü riskə atır? Ona görə də hesab edirəm ki, bu siyasi təxribatın tərkib hissəsidir. Vardanyan Azərbaycan əleyhinə fəaliyyət göstərən çoxsaylı erməni milyarderlərindən biridir. Onun Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qarəzli münasibətin formalaşmasında, bəzi avropalı deputatların maliyyələşdirilməsində və s. kimi məsələlrdə xüsusi rolu var. Deməli, Vardanyan Qarabağa planlı şəkildə köçür. Ermənilər yaxşı başa düşürlər ki, Xankəndi və ətraf ərazilər yaxın zamanlarda Azərbaycanın nəzarətinə keçəcək. Həm birgəyaşayışa hazır olmadıqlarından, həm də səfil durumda olduqlarından mümkün qədər tezliklə ərazini tərk etmək istəyirlər. Vardanyanı Qarabağa göndərməklə, ilk növbədə onun qarşısını almaq, müxtəlif infrstruktur layihələri həyata keçirməklə, özlərinin "əbədi sakin" obrazını yaratmaq niyyətindədirlər. Bununla sadə, səfil ermənilərin Xankəndidən köçməsinin qarşısını almaq planlayırlar. Digər bir mühüm məqam isə Araik Arutunyanın xələfini hazırlamaq kimi altplandır. Bu prosesin arxasında isə hesab edirəm ki, Rusiya dayanır.
Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət ayırmalıdır. Azərbaycanda, Qarabağda doğulmayan, heç bir ilişgisi olmayan erməninin Qarabağda nə işi var? O, niyə Xankəndiyə köçməli və ya biznesini buraya daşımalıdır? Hesab edirəm ki, onun Qarabağda məskunlaşmasına imkan vermək olmaz".
Röyalə Xəyal