"Bir gecə qəfil gələ bilərik!" - Ərdoğandan Yunanıstana XƏBƏRDARLIQ
6 Sentyabr 2022 12:51 Siyasət"Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə qəfil gələ bilərik!".
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə bildirib.
"Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımi müzakirələri aparır. Yunanıstan baş verənlərin fərqindədir və buna görə hərəkətlərini tənzimləməyə başlayıb", - o söyləyib.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31