Prezident “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda keçirilən "ADEX" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonları ilə tanış olub.

Qeyd edək ki, "ADEX" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası "Caspian Event Organisers" şirkətinə həvalə edilib.

Sərgidə 208 şirkət təmsil olunur. "ADEX" Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5% artım nümayiş etdirilir.

İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31