İsveçin baş naziri səhvən başqa Lizi təbrik edib
6 Sentyabr 2022 10:06 SiyasətOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, İsveçin Baş naziri Maqdalena Andersson rəsmi "Twitter" səhifəsində Liz Trassı Böyük Britaniyanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.
Lakin o, təbrik yazısında Mühafizəkarlar partiyasının yeni seçilmiş lideri və Nazirlər Kabinetinin yeni rəhbəri Liz Trassı deyil, onun naməlum adaşı, Liz Trassellin səhifəsini işarələyib.
Bir müddət sonra paylaşımdakı @liztruss işarəsi @trussliz olaraq dəyişdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31