Prezident İlham Əliyev Fərman imzalayıb

Prezident İlham Əliyev "1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş"in qüvvədən düşməsi barədə" Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Olaylar.az bildirir ki, Fərmanla "1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş"in qüvvədən düşməsi barədə" Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31