Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
3 Sentyabr 2022 16:02 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
Olaylar.az bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işinin genişləndirilməsi məqsədilə qərara alırnır:
- Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31