"İlham Əliyevin Forumda çıxış etməsi ölkəmizin enerji siyasətinə olan marağını nümayiş etdirir"- EKSPERT
2 Sentyabr 2022 16:50 Siyasət"1975-ci ildən etibarən hər il keçirilən Ambrosetti Forumu dünyanın ən nüfuzlu beynəlxalq iqtisadi platformalarından biridir və ətrafına topladığı çoxsaylı ölkələrin liderləri, dövlət və hökumət nümayəndələri, Nobel mükafatı laureatları, eləcə də elm və iş adamlarının say və nüfuz göstəricilərinə görə digərlərindən fərqlənir"
Olaylar.az xəbər verir ki, bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.
"Prezident İlham Əliyevin beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin Dövlətimizin başçısı forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış etməsi ölkəmizə və liderinə olan böyük hörmətin nümunəsidir.
İlham Əliyevin Forumda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış etməsi isə, ölkəmizin enerji siyasətinə və bu sahədə əldə etdiyi çoxillik təcrübəyə olan marağı nümayiş etdirir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın enerji təhlükəsizliyinə münasibətdə bütün təhlükələri proqnozlaşdıra və önləyə biləcək baxış bucağı ortaya qoyur və əməkdaşlıq üçün daha geniş prioritetlər təqdim edir".