İlham Əliyev: Ölkəmiz on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrilib

Bizim enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi oldu. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edərkən bildirib.

Dövlətimizin başçısı Azərbaycanın artıq on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrildiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31