"Aİ Cənubi Qafqazda dinc, təhlükəsiz və çiçəklənən gələcəyin dəstəklənməsi prosesinə sadiqdir" - Jozep Borrel
1 Sentyabr 2022 19:08 SiyasətAvropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dördüncü görüşünü alqışlayıb.
Olaylar.az bildirir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Sülh müqaviləsinin təşviqi üzrə işləri, humanitar sahədə və kommunikasiyaların açılması sahəsində səyləri davam etdirmək vacibdir. Aİ əvvəlki kimi Cənubi Qafqazda dinc, təhlükəsiz və çiçəklənən gələcəyin dəstəklənməsi prosesinə sadiqdir", - o bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31