Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkdi.
Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu.








