Zaman Prezident İlham Əliyevin siyasətinin düzgün olduğunu sübut etdi
1 Sentyabr 2022 11:48 SiyasətOnun siyasəti sayəsində bir damcı qan tökülmədən Azərbaycan bayrağı Laçında dalğalanır
Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açılıb. Artıq həmin tarixdən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar. Məlumata görə, erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə bu yoldan istifadə edirlər. Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər. Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar. Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, tarixi Azərbaycan torpaqlarının azad edilməsi yönündə bir-birindən xoş xəbərlər alırıq. 44 günlük müharibədən sonra 30 illik işğala son qoyan "Dəmir yumruq" fəaliyyətini davam etdirir: "Müzəffər Ali Baş Komandan xalqa verdiyi sözünü tutur, təmkiinlə, siyasi və diplomatik yolla torpaqlarımızın azad edilməsi uğrunda fəal mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb". K.Qafarov bildirib ki, bu gün də tariximizə qızıl hərflərlə yazılan gün kimi yaddaşlara köçdü. İndi Laçın da azaddır, şəhərin üzərində Azərbaycanın üçrəngli bayrağı vüqarla dalğalanır. Erməni qəsbkarları prosesi min bir bəhanə ilə uzatmağa çalışslar da "Dəmir yumruq" və "Qisas" əməliyyatı öz sözünü dedi: "Laçın çox əlverişli strateji məntəqə, bizim dədə-baba torpağımızdır. İşğala qədər olan müddətdə bu şəhərdə və onun kəndlərində erməni əhalisi olmamışdır. 1992-ci ildə zorla sürgün edilmiş, əzablara düçar olmuş vətəndaşlarımız yaxın vaxtlarda öz doğma yurdlarına qayıdacaq və bu torpağın əzəli sahibləri olduğunu bütün dünyaya sübut edəcəklər. Zaman cənab Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasətinin, onun strategiyasının düzgün olduğunu bir daha sübut elədi. Məhz onun siyasəti sayəsində bir damcı qan tökülmədən Azərbaycan bayrağı yenidən Laçında dalğalanır. Cənab Prezidentin xalqa bu xüsusda təbriki və müraciəti insanı qürurlandırır". Millət vəkili əlavə edib ki, cənab Prezident hər zaman dediyi kimi, "nəyi, nə zaman edəcəyini" yaxşı bilir. Prqamatik, ardıcıl, düşünülmüş siyasət bəzən bir ordudan çox iş görür. Cənab Ali Baş Komandanın sərgilədiyi davranış, qətiyyətli mövqe erməni separatçılarının da dizini yerə qoydu: "Qarşıda çox mühüm vəzifələr durur. Azərbaycan xalqı öz müdrik və uzaqgörən rəhbərinin ətrafında birləşərək bu vəzifələrin öhdəsindən gələcək. Göründüyü kimi, hər şey ölkə başçısının iradəsi və qətiyyəti sayəsində həllini tapır. Bu işlərin necə başa gəldiyini, hansı çətinliklərlə, maneələrlə qarşılaşdığını bilənlər bilir. Biz növbəti qələbəmizi qeyd edirik, qarşıda hələ çox qələbələrimizin olacağına inamla quruculuq işləri aparırıq. Mənfur erməni faşizminin kökü kəsilənə qədər bu mübarizə davam edəcək. Növbədə Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin bölgədən tamamilə çıxarılması, erməni separatizminin ləğvi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin işə salınmasıdır".
Alim