Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər
1 Sentyabr 2022 11:09 SiyasətQazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.
O, bu barədə Qazaxıstan xalqına müraciətində deyib.
"Məlum olduğu kimi, növbəti prezident seçkiləri 2024-cü, parlament seçkiləri 2025-ci ildə keçiriləcək. Bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm", - deyə o bildirib.
K.Tokayev, həmçinin prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılmasını təklif edib.
Qeyd edək ki, Kasım-Jomart Tokayev 2019-cu ilin martında Qazaxıstan prezidenti seçilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31