ABŞ kəşfiyyatı: Rusiya Ukraynada mühakimə olunan cinayətkarları azad edib hərbi əməliyyatlara cəlb edir
1 Sentyabr 2022 11:17 SiyasətABŞ hesab edir ki, Rusiya Ukraynada ciddi hərbi çatışmazlıqla üzləşib və öz qoşunlarının sayını artırmaq üçün yeni yollar axtarır.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "CNN"-in məlumatına görə, bu barədə ABŞ-ın az məxfi olan kəşfiyyat məlumatlarına çıxışı olan iki məmur bildirib.
Mənbə iddia edir ki, Rusiya Müdafiə Nazirliyi bu çatışmazlığı aradan qaldırmaq üçün orduya müqaviləli hərbçiləri cəlb etməyə çalışır, o cümlədən yaralı əsgərləri yenidən döyüşə qaytarmağa məcbur edir, ordunun şəxsi heyətini özəl mühafizə şirkətlərindən olan işçilərin hesabına artırır.
Digər məxfi məlumat ondan ibarətdir ki, Rusiya Müdafiə Nazirliyi əfv və maddi təzminat müqabilində Ukraynada mühakimə olunan cinayətkarları hərbi sahədə işə götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31