"Dialoqla həll edin!" - Baydendən MÜHÜM ÇAĞIRIŞ
1 Sentyabr 2022 10:40 Siyasətİraq Baş naziri Mustafa Kazımi və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Bu barədə İraq hökumətinin məlumatında deyilir.
Söhbət zamanı Bayden İraqın müstəqilliyi və suverenliyini dəstəklədiklərini bildirib və ölkənin təhlükəsizlik qüvvələrinin fəaliyyətini təqdir etdiyini söyləyib.
Ağ Ev rəhbəri İraqda qarşıdurmalar zamanı həlak olanların ailələrinə başsağlığı verib və siyasi gərginlikdən konstitusion çərçivədə dialoq yolu ilə çıxmağın lazım olduğunu əlavə edib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31