NATO Yunanıstana görə Türkiyə ilə bağlı tvitini SİLDİ
1 Sentyabr 2022 10:39 SiyasətNATO Yunanıstanın reaksiyasından sonra Müttəfiq Quru Qoşunları Komandanlığının Türkiyənin 30 Avqust Zəfər Günü münasibəti ilə yayımladığı tviti silib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, NATO-nun Zəfər Bayramı münasibəti ilə Türkiyəni təbrik etməsini Yunanıstan "NATO Türkiyənin 1922-ci ildə Yunanıstan üzərində qələbəsini qeyd etdi" deyə, etirazla qarşılamışdı.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31