Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçiriləcək (YENİLƏNƏCƏK)
31 Avqust 2022 20:40 SiyasətAzərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçiriləcək.
Olaylar.az bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
Qeyd edək ki, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31