Yerevanın razılışmaya əməl etməsini Azərbaycan özü məcbur edəcək - POLİTOLOQ
31 Avqust 2022 12:27 Siyasət"Ermənistan sülhə hazır olmadığı və əldə olunan razılaşmaları danışıqlar yolu ilə deyil, Azərbaycan güc tətbiqindən sonra yerinə yetirdiyi üçün Brüsseldəki danışıqlardan sonra irəli addım atmayacaq. Sərhədlərin delimitasiya və demarkasiyasi üzrə komissiyanın iclası Moskvada keçiriləcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu kimi danışıqlarda Ermənistan razılaşmaya gedir, praktiki olaraq əməl etmir: "Azərbaycana da lazımdır ki, Yerevan qəbul etsin. Yerevanın razılışmaya əməl etməsini Azərbaycan özü məcbur edəcək. Prezident İlham Əliyev bu istiqamətdə nə lazımdır özü müəyyən edir. Proseslər bunu göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31