"Ərdoğan olmasaydı, daha çox insan ölərdi" - Edi Rama Aİ-ni TƏNQİD ETDİ

"Hər çıxışlarında Balkan ölkələri bizimlə olmalıdır, üçüncü şəxslərin təsiri altında qalmamalıdır deyirlər. Amma nə oldu, Serbiya peyvəndi Çindən aldı".

Bu sözləri Albaniya Baş naziri Edi Rama deyib.

"Biz Türkiyədən aldıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmasaydı, ölkəmizdə daha çox insan həyatını itirərdi. Ümid edirəm, Avropa bundan dərs çıxarıb. 

Avropa Birliyinin sadəcə olaraq bir-birimizə peyvənd paylamaq və bizi tamamilə unutmaq kimi biabırçı səhvi təkrarlamayacağını ümid edirik", - Rama bildirib. 

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31