Türk Dünyasının varlığı üçün, xüsusi əhəmiyyət kəsb edən tarixdən 100 il ötür - DEPUTAT

"30 Avqust müasir Türkiyə tarixinin ən şərəfli günlərindən biri-Zəfər bayramıdır. Gözəl bayram münasibətilə qardaş Türkiyə xalqını təbrik edir, rifah, əmin amanlıq arzulayıram".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Birinci Dünya müharibəsində məğlub olmuş və torpaqlarının əksər hissəsini itirmiş Osmanlı imperiyası, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı: "Biabırçı məğlubiyyətlə barışmaq istəməyən Qazi Mustafa Kamal Paşa və tərəfdarlarının gərgin mübarizəsi nəticəsində düşmən orduları darmadağın oldu. Benəlxalq münasibətlər sistemində güclü, hərtərəfli inkişaf etmiş və qlobal oyunçulardan birinə çevrilmiş müasir Türkiyə cümhuriyyətinin əsası qoyuldu".

Millət vəkili deyir ki, təkcə Türkiyə üçün deyil, ümumiyyətlə, Türk Dünyasının varlığı üçün, xüsusi əhəmiyyət kəsb edən tarixdən 100 il ötür: "Qələbənin memarı dahi şəxsiyyət Mustafa Kamal Atatürkü, Vətən torpaqları uğrunda canlarından keçmiş cəmi şəhidləri hörmət və ehtiramla anır, Allahdan rəhmət diləyirəm. Bayramınız kutlu olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31