3 ildən sonra ilk: İki ölkə arasında diplomatik əlaqələr bərpa olundu

Venesuela və Kolumbiya 3 ildən sonra diplomatik münasibətləri bərpa edib.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Məlumata görə, Venesuela ilə Kolumbiya arasında 3 il öncə Kolumbiyanın Venesuelada prezident Nikolas Maduro hökumətinə qarşı dövlət çevrilişinə cəhd edən ABŞ-ın dəstəklədiyi müxalifət lideri Xuan Quaydonu dəstəkləməsi ilə kəsilən diplomatik əlaqələr iki ölkənin səfirlərinin gəlişi ilə yenidən qurulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31