Gözlənilən Brüssel görüşünün yaratdığı xof
29 Avqust 2022 11:55 Siyasət"Avropa İttifaqının dəstəyi və onun prezidenti Şarl Mişelin iştirakı ilə 31 avqustda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın gözlənilən görüşü anti Azərbaycan qüvvələrini və bəzi dövlətləri, xüsusən də İranı çox narahat edir. İran gizlətmək istəmədiyi qəzəbini isterik şəkildə və həyəcanla büruzə verir, heç bir formal və diplomatik qaydaları gözləmədən İran Xarici İşlər Nazirliyunin "molla" müavini Azərbaycanı bütövlükdə İranın tərkibinə qatmağı təklif edir. Beynəlxaq siyasi və diplomatik praktikada xarici işlər qurumlarının və onu təmsil edən şəxslərin çıxışlarında xüsusi həssaslığı, diqqəti ilə fərqlənir". Olaylar" xəbər verir ki, bunu deyən MCP SŞ-nın üzvü, politoloq Vüqar Dadaşovun sözlərinə görə, bu normalar əsasən dövlətlərin xarici işlər qurumlarının mövqeyinin faktiki və praktik rəsmi dövlət mövqeyi kimi qəbul edilməsidir. Təbii ki, İran Xarici İşlər Nazirliyinin rəsmisinin Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı çıxması rəsmi İranın mövqeyidir: "Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Şuşa konfransında avqustun sonunda İlham Əliyevlə Nikol Paşinyanın Brüssel gözlənilən görüşü və danışıqların mövzusu barəsində, xüsusən də "sülh müqaviləsinin mətni" haqqında açıqlaması fonunda İranın xarici işlər nazirliyi səviyyəsində "yaxacırması" Azərbaycana qarşı riyakar düşmən siyasətinin nümayişi kimi, bir faktı da sübut edir ki, İran zorla özünü Ermənistana müttəfiq, dost kimi sırımağa çalışır, regionda təklənməyindən çox qorxur. Bu isə onu göstərir ki, İran molla rejimi öz mövcudluğunun duruş gətirəcəyinə heç də əmin deyil. İranın nə etibarlı dövlət idarə sistemi, nə də ordusu var. Belə olmasaydı, İsrail kəşfiyyat orqanları Tehranda İranın xüsusi xidmət orqanlarının ağzının içində atom mütəxəssislərini qətlə yetirməzdi, İran hava məkanını gündəlik pozan, açıq kəşfiyyat aparan İsrail hava qüvvələrinin qarşısını alardı. İran Azərbaycana qarşı öyrəndiyi pafoslu, gurultulu və hədə-qorxu dolu çıxışları ilə ölkə əhalisinin və ordusunun əlli faizindən çoxunu təşkil edən bir millətə qarşı çıxmaqla özünün boğazını kəndirə gətirir. İranın Azərbaycan türklərinə çoxəsrlik düşmənçilik, riyakar siyasətinin sonu onun Zəngəzurda Qafanda konsulluq açması ilə bitdi və İran özünü rəsmən Azərbaycana qarşı səngərdə olduğunu açıq nümayiş etdirdi. "Qisas" əməliyatından sonra Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyev görüşünün səmərəli olacağına şübhə yoxdur, əsasən də sülh müqaviləsi, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi, erməni silahlı qalıqlarının çıxarılması məsələləri. Azərbaycan dövlətinin siyasi və hərbi iradəsi qarşısında ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşaya səfərdən imtina etməsi, iran molla rejiminin rəsmlərinin çıxışları könül bulandırmaqdan başqa bir işə yaramır və təbii ki, Azərbaycanı qarşısına qoyduğu məqsədə çatmağa mane ola bilməz. Bu arada bir məqamı da xatırlatmaq yaxşı olar. 44 günlük müharibədən öncə Ermənistan Azərbaycana qarşı güc nümayiş etdirərək "yeni müharibə, yeni ərazilər" tezisi ilə Azərbaycanı hədələyirdi. İndi də İran. İran müttəfiqi, qardaşı Ermənistan nümunəsini nə tez unutdu. Əgər İran bu yanaşmanı və nəticəni görmək arzusundadırsa - buyursun!"