Şuşaya getməkdən imtina Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqdır - Politoloq

"ABŞ səfirliyi Hikmət Hacıyevin Şuşa iradına cavabında bildirir ki, "səfirliyin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, söhbət Şuşadan gedir, səfirlik də Şuşa səfərindən imtina haqda məsələyə cavabında işğaldan azad olunmuş digər bölgələrdən bəhs edir. Burada Anadolu türklərinin bir sözü yada düşür: "biz deyirik Ankara, bunlar deyir .... dünya qara".

"Şuşaya getməkdən imtina etmək erməni separatizminini stimullaşdırmaq, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqdır. Sülhməramlı adı ilə bölgədə təmsil olunan Rusiyanın etdiyi ilə ABŞ-ın etdiyi arasında böyük fərq görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31