Hikmət Hacıyev Türkiyə Ermənistan münasibətlərindən danışdı

Azərbaycan və Türkiyə Ermənistanla normallaşma prosesi üçün çalışır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı qeyd edib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə regionda sülhün tərəfdarıdır.

"Bunun üçün də Ermənistana əl uzadılıb. Hər iki ölkə normallaşma prossesi üçün çalışır və Ermənistan üçün yaxşı tərəfdaş ola bilər", - deyə H.Hacıyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31