İşğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlanmış oldu

Azərbaycan qarşısına qoyduğu hədəflərə mərhələ-mərhələ, həm də zamanından, müəyyən etdiyi vaxtdan daha tez nail olur. Necə ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra düşmənin 30 ilə yaxın əsarət altında saxladığı və tamamilə viran qoyduğu ərazilərimizdə qısa müddətdə qurucluq-abadlıq işləri həyata keçirilərək məcburi köçkünlərimizin müəyyən bir hissəsi öz doğma torpaqlarına qayıtdı, eləcə də müharibənin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyanatına uyğun olaraq qarşıya qoyulan hədəflər və məqsədlərə rəsmi Bakı daha tez, daha aktiv formada nail oldu. Bu gün Laçın şəhərinin tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçməsi də bunun əyani sübutudur. Təbii ki, bütün bu əldə edilən uğurların təməlində düzgün idarəçilik, möhkəm siyasi iradə və rela güc dayanır ki, qeyd etdiyimiz müsbət keyfiyyətlərin hamısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev də cəmlənib. 44 günlük Vətən müharibəsində Müzəffər Ordusu ilə bərabər inamlı qələbəsi, Ermənistanı kapitulyasiyaya məhkum etməsi, əvvəlcədən irəli sürdüyü şərtlər əsasında Ağdam, Kəlbəcər, eləcə də Laçının bir hissəsinin müəyyən olunmuş qrafik üzrə Azərbaycana təhfil verilməsi məhz İlham Əliyev qətiyyətinin, onun dəmir yumuruğunun nəticəsi idi. Bu qətiyyət, güc Laçın şəhərinin Azərbaycan Ordusunun tabeliyinə keçməsində də özünü təsdiqlədi. Baxmayaraq ki, 10 noyabr bəyanatında Laçın dəhlizinə alternativ yolun çəkilişinin 3 ilə tamamlanması nəzərdə tutulurdu, lakin birbaşa dövlət başçısının bu prosesə nəzarət etməsi və işlərin sürətinin artırılması Laçınm dəhlizinı alternativ yolun qısa müddətdə, cəmi iki ilə çəkilib tamamlanmasını təmin etdi. Nəticə etibarilə ermənilər Laçın şəhərinin mərkəzini, Zabux və Sus kəndlərini daha tez tərk etmək və Laçının tamamilə Azərbaycanın nəzarətinə keçməsinə şərait yaratdı.

Qeyd etdiyimiz kimi artıq  Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə Azərbaycan Ordusunun nəzarətindədir. Orada bu gün Azərbaycan bayrağı ucaldılıb. Hazırda həmin ərazilərdə mühəndis işləri görülür.  Qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Əslində bu gün Laçın Azərbaycan Ordusunun nəzarətinıə keçməklə həm də işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlanmış oldu. Beləliklə, Azərbaycanın düşmən aəlində olan sonuncu rayon mərkəzinə də nəzarət bərpa olundu.

Siyasi elmlər doktoru Vaqif Abdullayev tarixi hadisəyə diqqət çəkərkən qeyd edib ki, Laçında Azərbaycan bayrağı dalğalandırmaq, rayon mərkəzinə ordumuzun nəzarətinin təmin edilməsi ilə xalqın 30 ilə yaxın olan Laçın həsrətinə də son soyulmuş oldu. Onun sözlərinə görə,  indi Qarabağın ürəyindən keçən, Şuşaya aparan Yol - Laçın tamamilə azaddır: "Bu gün Laçın vüqarlı şanlı əsgərlərimiz Laçın şəhərində qürurla dayanıb. Laçın qayaları öz əzəməti və Dağ vüqarı ilə bizi qoynuna alıb. Həkəri çayı aşıb-daşır. Sarı Aşığın, Aşıq Abbasın, Xosrov bəy Sultanovun, Sultan bəy Sultanovun, neçə-neşə igid oğulların, qəhrəmanların ruhu şaddır".

Vaqif Abdullayev deyib ki,  Laçın şəhərində, Zabux, Sos və digər ərazilərdə Ordumuzun və dövlətimizin nəzarətinin təmin olunması revanşist ermənilərə, onları silahlandıraraq təxribatlara çəkənlərə dərsdir, "Dəmir Yumruğun" növbəti zərbəsidir: "İndi Azərbaycan Ordusu Laçın Zirvəsindən Xankəndini daha aydın izləyir. Nə qədər ki, ermənilər qeyri-qanuni əməllərindən əl çəkməyəcəksə, Xankəndində Azərbaycan Konstitisiyasının tələblərinə əməl etməyəcəklərsə, bu Yumruq başlarını əzəcək".

Siyasi ekspert Çingiz Şahbazi isə deyib ki, 44 gün davam edən ikinci Qarabağ müharibəsi, Cənubi Qafqazda cərəyan edən geosiyasi prosesləri, situasiyaları sürətli şəkildə dəyisməyə zəmin yaratdı və bu zəmin həm də müttəfiq sayılan ölkələri münasibətlərin dəyişməsinə məcbur etdi: "Azərbaycan tərəfi artıq diqtə edən tərəfə çevrilib və rəsmi Bakı Ermənistanla keçirilən bütün görüşlərində qalib və üstün tərəf kimi bu siyasəti parlaq şəkildə həyata keçirir. Bu gün 26- avqust Laçın rayonu və ətraf kəndlərin azad olunması bunun nümunəsidir". Ekspertin sözlərinə görə, Ermənistan və onun havadarları artıq başa düşürlər ki, məğlub olublar: "Onların puç xəyalları mümkünsüzdür. Məhz növbəti mərhələ yekun sülh müqaviləsi ətrafında davam etdiriləcək. Bu müqavilə Cənubi Qafqaza yeni nəfəs verəcək. Bunun üçün Azərbaycan tərəfi təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Əks təqdirdə, Azərbaycan ordusu məsələyə münasibət bildirməli olacaq. Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli saziş, faktiki olaraq Ermənistan tərəfinin kaputilyasiyası idi. Bu saziş, şanlı ordumuza bütün imkanları verir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31