Mehriban xanımın təşəbbüsləri ilə icra olunan işlərlə, Azərbaycanla bir çox ölkələr arasında dostluq, əməkdaşlıq körpüləri qurulub

"26 avqust, Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti Mehriban Arif qızı Əliyevanı doğum günü münasibətilə ən xoş arzularla təbrik edirəm. Hörmətli Mehriban xanım UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti olaraq, səmərəli fəaliyyətləri ilə dünya çapında geniş nüfuz qazanmış, saysız hesabsız humanitar layihələr həyata keçirmişdir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Mehriban xanımın təşəbbüsləri ilə icra olunan, tarixi-mədəni irsin bərpası istiqamətində aparılan işlərlə, Azərbaycanla bir çox ölkələr arasında dostluq, əməkdaşlıq körpüləri qurulmuşdur: "Bütün bunlar isə, ölkəmizin beynəlxalq münasibətlər sistemində dostlarının sayının artması ilə nəticələnmiş və ən yüksək səviyyədə müasir Azərbaycan qadınının obrazını formalaşdırmışdır".

Deputat daha sonra qeyd edib: "Dövlət idarəetmə sistemində Müzəffər Ali Baş Komandan İlham Əliyevə verdiyi dəstək, cəmiyyətin bütün sahələrində tutduğu mövqe, ələlxüsus apardığı sosial siyasət, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bir daha təbrik edirəm! Tanrı Sizi, ailənizi qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31