"Türk dövlətləri arasındakı əlaqələr əvvəlki illərə nisbətən daha dinamik şəkildə inkişaf edir"
26 Avqust 2022 11:30 Siyasət"Azərbaycan - Qazaxıstan münasibətləri ümumiyyətlə, 2 eyniköklü millətin qarşılıqlı əməkdaşlıq və müəyyən qədər də strateji tərəfdaşlıq, artıq dünənki görüşdən sonra da artıq müttəfiq konteksində davam edən və sağlam təməlləri olan bir münasibətdir"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı bildirib.
"Ümumiyyətlə, SSRİ-in dağılması və Qazaxıstan və Azərbaycanın müstəqil olmasından sonra Mərkəzi Asiyadakı bütün türkdilli türk dövlətlərinin və Azərbaycanın münasibətləri eyni konteksdə davam edir ki, Qazaxıstan da bura daxildir. Dünənki görüşə gəldikdə isə əldə olunan razılaşmalar da bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri artan tərəfdaşlıq və müttəfiqlik münasibətləri istiqamətində davam edir. Bu təbii ki, həm bizim nöqteyi-nəzərdən, həm də Qazaxıstanın nöqteyi-nəzərindən çox yaxşı bir haldır. Çünki ətrafımızda böyük dövlətlər var - Qazaxıstanın ətrafında Çin və Rusiya kimi, Azərbaycanın ətrafında da Rusiya və İran kimi. Bu böyük dövlətlər öz regional maraqlarını təmin etməkdən ötrü istənilən halda Qazaxıstan və Azərbaycan kimi özlərindən güc olaraq zəif olan ölkələr üzərində dominantlıq etməyə çalışırlar. Hal-hazırki məqamda biz görürük ki, Rusiyanın da, Çinin də, İranın da, istərsə də qərb ölkələrinin də dünyada baş verən bu geopolitik qarmaqarışıqlıqda başı o qədər qarışıb ki, məsələn, Azərbaycan və Qazaxıstan dövlətləri, ümumiyyətlə, bütün türk dövlətləri üçün ideal bir fürsət yaranıb və bu fürsəti dəyərləndirmək, qarşıqlıqlı əməkdaşlığı genişləndirmək,rəqabətdə olduğumuz ölkələrə qarşı sağlam zəmin hazırlamaq , dik şəkildə ayaqda qalmaq üçün bir-birimizlə qarşılıqlı əlaqələri-istər iqtisadi, istər siyasi , istərsə də hərbi sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır. Elə dünən də bunun örnəklərini gördük. Razılaşmaların bəziləri Azərbaycan və Qazaxıstanı bir növ müttəfiq münasibətlərə keçidinin təməlini hazırlayacaq zəminlərdir. Burada türk birliyi Türk dövlətləri təşkilatı faktorlarını da unutmamaq lazımdır ki, ümumiyyətlə Türk şurası Türk dövlətləri təşkilatına çevrildikdən sonra biz fikir versək, görürük ki, Türk dövlətləri arasındakı əlaqələr əvvəlki illərə baxanda daha dinamik şəkildə inkişaf edir və bunun davamlı olacağı da gözləniləndir. Az öncə qeyd etdiyim kimi Rusiyanın istər Ukraniyada müharibəyə cəlb edilməsi və oradakı o bataqlığa düşərək qalması və əhmiyyətli dərəcədə gücünü oraya sərf etməsi, eyni zamanda Çinin ABŞ-la dünya üzərindəki o iqtisadi və siyasi rəqabəti, eyni zamanda İranın düşdüyü xaotik bir vəziyyət imkan verir ki, türk dövlətləri artıq regionda istədikləri kimi əlaqələr qursunlar. Təbii ki, burada da tələsmək lazımdır. Əlbəttə ki, birdən-birə çox böyük işləri həyata keçirmək təbii mümkünsüzdür. Ancaq bu tempdə zamanla daha dinamik əlaqələr qurmaq, daha uğurlu tərafdaşlıq müqavilələri bağlamaq, qarşılıqlı əməkdaşlıq şəraitində işlər görmək Türk Dövlətləri Təşkilatını da bir təşkilat olaraq gücləndirəcək , türk dövlətlərini də - buraya Türkiyə də daxildir, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Türkmənistan da. Bu dövlətlərin özünün də fərdi olaraq gücünün və potensialının artmasına səbəb olacaq".
Əfsanə Kamal