Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşada parlament komitələrinin birgə iclası keçiriləcək."Olaylar" xəbər verir ki, iyun ayının 11-də Şuşa şəhərində Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə iclasının keçirilməsi planlaşdırılır. İclasın gündəliyi hələlik açıqlanmayıb, bu barədə yaxın günlərdə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31