"Qarabağ böyük potensiala malikdir"
4 İyun 2022 14:00 SiyasətSəudiyyə Ərəbistanının "ACWA Power" şirkəti karbonsuzlaşdırma, hidrogen istehsalı layihələri üzrə Azərbaycanla işləməyə hazırdır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu ACWA Power" şirkətinin investisiyalar üzrə direktoru Klayv Terton Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.
O, Azərbaycanın sıfır tullantı səviyyəsinə çatmaq üzrə flaqman ölkə olmağa hazır olduğunu qeyd edib.
"Qarabağ barədə danışarkən qeyd edim ki, bu bölgə həm günəş, həm də külək elektrik stansiyalarının quraşdırılması sahəsində böyük potensiala malikdir. Biz bu layihələrlə bağlı Azərbaycanla əməkdaşlığa hazırıq. Biz həm də karbonsuzlaşdırma, hidrogen istehsalı layihələri üzrə işləməyə hazırıq", - deyə o bildirib.
K.Terton əlavə edib ki, şirkət "ağıllı" şəhərlərin tikintisi üzrə əməkdaşlıqda da maraqlıdır.
"Bu layihələrin yaradılıması karbon qazı tullantılarının azaldılmasına və "yaşıl" texnologiyalar keçidinə yol açır", - o vurğulayıb.