Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
1 İyun 2022 18:45 SiyasətBaş nazir Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31