Deputatlarımız Kambocada seçkiləri müşahidə edəcəklər
1 İyun 2022 16:22 SiyasətMilli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki, millət vəkilləri seçkiləri izləmək üçün Kamboca Krallığının parlamenti tərəfindən dəvət alıblar.
Deputatlarımız bir sıra seçki məntəqələrinə gedərək buradakı şəraitlə tanış olacaq, prosesin gedişatını və seçicilərin fəallığını izləyəcəklər.
Səfər iyunun 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31