Lavrov Türkiyəyə səfər edəcək – Masada üç məsələ var
1 İyun 2022 12:03 SiyasətRusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 8-də hərbi nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək.
Səfər zamanı iki ölkəni maraqlandıran məsələlər müzakirə ediləcək. Prioritetlər isə taxıl dəhlizinin yaradılması, Rusiya-Ukrayna müharibəsi və Suriyadakı proseslərdir.
Əldə edilən məlumata görə, Rusiya-Ukrayna müharibəsi səbəbindən limanlarda gözləyən taxılın Türkiyədən açılacaq dəhlizlə bazarlara çatması üçün müzakirələr mütəmadi olaraq aparılır.
Qeyd edək ki, Ukrayna limanlarında ixracı gözləyən 20 milyon tondan çox taxılın olduğu iddia edilir.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31