“Türkiyə-Azərbaycan münasibətləri dünyada analoqu olmayan münasibətdir”

"Türkiyə-Azərbaycan münasibətləri dünyada analoqu olmayan münasibətdir. Bu münasibətlər dostluq, müttəfiqlik, qardaşlıqdan ötədir. Kədər, işğal bizim birlikdə daşıdığımız yük, sevinc, qələbə birgə yaşadığımız zəfərdir."

Bunu Olaylar.az-a açıqlamasında  "Cəbhə.info"nun baş redaktoru Rəfail Becanov söyləyib.

Onun sözlərinə görə, "Qalatasaray"ın, "Fənərbaxça"nın, "Beşiktaş"ın Azərbaycanda nə qədər azarkeşi var? Saysız-hesabsız. Eləcə də "Real Madrid"in, ya "Barselona"nın, yaxud "Çelsi"nin. Bir Türkiyə komandası ilə o klublardan hansısa oynayanda kimə azarkeşlik edirik? Türkiyə komandasına. Adi bir nümunədir, amma böyük hikmətdir.

"Azərbaycnla Türkiyənin münasibətləri hər yerdə, hər sahədə belədir və günü-gündən də dərinləşir, inteqrasiya edir. Tarixi əsasları, milli dayanıqlığı olan bu əlaqələri kimlərsə heç zaman qıra bilmədi. Sovetlər imperiyası 70 il bu bağı qoparmağa çalışdı. Amma alınmadı. Məzhəb fərqi sırıdılar bizə, yenə alınmır və alınmayacaq.

2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsində Türkiyə Azərbaycanla çiyin-çiyinə oldu. O 44 günü həm Türkiyə hakimiyyəti, həm də Türkiyə xalqı bizimlə birgə yaşadı. Çanaqqla zəfəri də, 1918-ci ildə Bakının erməni daşnaqkarından azad edilməsi də, Qarabağ zəfəri də bizim birgə qəhrəmanlıq tariximizdir. Niyə hər iki dövlətdə yaşayanlar da, o dövlətləri də idarə edənlər belə fikirləşir? Ona görə ki, həm xalqlar, həm hökumətlər arasında münasibətlər siyasət və maraqlar, gəlir-çıxarlar üzərində qurulmayıb. Bu münasibətlərin tarixi əsası var, milli kökləri var. 

"Şuşa Bəyannaməsi" ilə münasibətlərin rəsmiliyi qardaşlığımızı strateji müttəfiqliyə qədər irəli apardı. Artıq bizim ayrı-ayrılıqda öz maraqlarımız yoxdur, bizim birgə maraqlarımız var. Sülh və ya müharibə olmasından asılı olmayaraq, Türkiyə Azərbaycanın yanında, Azərbaycan da Türkiyənin yanındadır. Bu iki dövlət regiona sülh də gətirəcək, inkişaf da. Sayın Ərdoğan festivaldakı çıxışında bir daha bunun mesajını verdi"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31