Prezident İlham Əliyev İran Prezidentinə başsağlığı verib
30 May 2022 13:52 SiyasətPrezident İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31