Putinin ölüm xəbərinə özü yox, naziri cavab verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin xəstəliyi və hətta vəfat etməsiylə bağlı iddialara münasibət bildirib.

Lavrov xəbəri təkzib edib: 

"Prezident Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu ekranlardan izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar bu insanda hansısa xəstəlik və ya xəstəliyin əlamətlərini görə bilsinlər". 

Xatırladaq ki, xarici KİV Vladimir Putinin xərçəng xəstəliyindən əziyyət çəkməsi və onun əməliyyat olunacağı ilə bağlı xəbərlər yaymışdı. Dünən isə kəşfiyyat mənbələrinə istinadən Putinin hətta vəfat etməsiylə bağlı informasiya sürətlə yayılıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31