Rəcəb Tayyib Ərdoğandan Azərbaycanla bağlı paylaşım - FOTO
28 May 2022 19:00 Siyasət"Bir millət, iki dövlət, bir festival şüarı ilə dünyanın ən məşhur aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-i Bakıda keçirdik".
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında yazıb.
"Biz Azərbaycanla bir çox layihələrdə gənclərimiz üçün yeni üfüqlər açmağa və milli texnologiya hərəkətimizi birlikdə həyata keçirməyə davam edəcəyik", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31